NEWS
Dissertant Elvin Hacıyevin ilkin müzakirəsi keçirilib
İqtisadiyyat və idarəetmə kafedrasının iclasında dissertant Elvin Əliman oğlu Hacıyevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Dövlət investisiya layihələrinin qiymətləndirilməsi metodları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
İqtisadiyyat və idarəetmə kafedrasının professoru Rövşən Quliyevin sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.
Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
Dissertantın elmi rəhbəri iqtisadi elmlər doktoru, professor Vahid Novruzovdur.
İctimaiyyətlə əlaqələr şöbəsi