NEWS

Azərbaycan Universitetinin tələbələri intellektual oyunun qalibi olub

Azərbaycan Universitetinin tələbələri intellektual oyunun qalibi olub

28 december 2024

Baxış sayı: 124

Azərbaycan Universitetinin komandası “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub. Nərimanov rayonu gənclər və idman sektorunun təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum günü və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən bilik yarışında 8 ali təhsil müəssisəsindən tələbələr iştirak edib.

İntellektual oyunun nəticəsinə əsasən Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbələri - Hüseynzadə Pəri, Əliyeva Şövkət, Ələsgərova Fatimə, Qədirova Nigar və Süleymanova Elviradan ibarət komandası I yeri tutub. Odlar Yurdu Universitetinin komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə III yerdə qərarlaşıb.

Qeyd edək ki, oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

                                                                     

OTHER NEWS