NEWS
Azərbaycan Universitetində magistratura tələbələrinin elmi-pedaqoji təcrübəsi başlayıb
Azərbaycan Universitetinin magistratura II kurs tələbələrinin elmi-pedaqoji təcrübəsinə bu gündən start verilib. Tələbələrin prosesə psixoloji hazırlığı, onlara vəzifə və öhdəlikləri haqqında, o cümlədən müvafiq normativ sənədlər üzrə biliklərin verilməsi məqsədilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən təşkil olunan ənənəvi görüşdə təcrübənin nəzəri və praktiki əsasları izah edilib, iştirakçıların sualları cavablandırılıb. Qeyd olunub ki, elmi-pedaqoji təcrübə 17 fevral-14 mart 2025-ci il tarixləri arasında keçiriləcək, elmi tədqiqat təcrübəsi isə martın 17-dən aprelin 11-dək davam edəcək.
Görüşdə rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva çıxış edərək elmi-pedaqoji və elmi tədqiqat təcrübəsinin magistratura təhsilində vacib mərhələ olduğunu qeyd edib. Nüşabə Quliyeva çıxışında elmi tədqiqat işlərinin səmərəli aparılması üçün vacib olan məqamları qeyd edib, sualları cavablandırıb.
Ardınca mərkəzin akademik məsləhətçisi Afiq Nadirov və Tədris şöbəsinin aparıcı mütəxəssisi Rəhimə Mikayılova təcrübə müddəti, təcrübə prosesində davamiyyət məsələləri, təcrübə gündəlikləri və jurnallarının yazılması qaydaları, həmçinin açıq dərslərin keçirilməsi və dissertasiya işinin tamamlanması barədə ətraflı məlumat veriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi