NEWS

Azərbaycan Universiteti və Probasiya Xidməti arasında imzalanmış memorandumdan irəli gələn vəzifələr icra olunur

Azərbaycan Universiteti və Probasiya Xidməti arasında imzalanmış memorandumdan irəli gələn vəzifələr icra olunur

18 february 2025

Baxış sayı: 83

Ədliyyə Nazirliyinin Probasiya xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Probasiya xidməti və Azərbaycan Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandumdan irəli gələn vəzifələrin icrası ilə bağlı 2025-ci ildə görüləcək işlərə dair Tədbirlər Planına uyğun olaraq  “Probasiya qanunvericiliyi, sosial adaptasiya və reabilitasiya” mövzusunda təlimlər keçirilib. Probasiya məmurları üçün təşkil olunan təlim mövzuları əsasən probasiya sahəsində yeni trendləri əhatə edib.

Təlimlər Azərbaycan Universitetinin və Ədliyyə Akademiyasının müəllimləri, Probasiya xidmətinin, Sosial Xidmətlər Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin məsul əməkdaşları, habelə peşəkar mediatorlar, “Probasiya könüllüləri”, o cümlədən sosial işçilər və psixoloqlar tərəfindən aparılıb.

Təlim proqramına əsasən, probasiya nəzəriyyəsi və qanunvericiliyi, sosial adaptasiya və reabilitasiya, məhkumların cəmiyyətə yenidən uyğunlaşması üçün dəstək strategiyaları və proqramları, münasibət qurma və ünsiyyət bacarıqları, konfliktin idarə edilməsi, böhran müdaxiləsi, risk qiymətləndirilməsi, sosial xidmətlərə ehtiyacı olan şəxslərin müəyyən edilməsi, probasiya nəzarətində olan şəxslərin məşğulluq imkanlarının axtarılması, bərpaedici ədliyyə, probasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, o cümlədən ölkəmizin Avropa Probasiya Konfederasiyasına (CEP-Confederation of European Probation) üzvlüyünün əhəmiyyəti, probasiya fəaliyyəti haqqında statistik hesabatların tərtib edilməsi və digər mövzular tədris olunub, təqdimatlar nümayiş etdirilib.

Təlimlərə, ilk növbədə, Bakı şəhəri probasiya idarəsinin, Sumqayıt şəhər probasiya şöbəsinin, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları cəlb ediliblər. 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS