Magistraturaya qəbul

Azərbaycan Universiteti
Magistratura səviyyəsi üzrə keçid balları (2024)

  • Filologiya
    Azərbaycan dili 56.5 (-)
    Azərbaycan ədəbiyyatı 54 (-)
    Dilşünaslıq (ingilis dili) 57 (-)
  • Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi 61 (73.5)
    Azərbaycanın yeni və ən yeni tarixi 60 (68.5)
  • Maliyyə
    Bank işi 49 (-)
    Vergi və vergiqoyma 49 (-)
  • İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi 49.5 (-)
    Turizmin iqtisadiyyatı 49 (-)
  • Menecment
    Heyətin idarə edilməsi – 48
    Heyətin idarə edilməsi, ingilis dilində – 56
    Menecment (sahələr üzrə) – 51.5
    Menecment (sahələr üzrə), ingilis dilində – 46
  • Kompüter mühəndisliyi
    Kompüter mühəndisliyi – 64 (64)
    Kibertəhlükəsizlik – 65 (65)
  • Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş – 59.5 (75)
    Gənclərlə iş – 56 
  • MBA proqramı
    Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə), Azərbaycan dilində  – 55
    Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə), ingilis dilində  – 45
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), Azərbaycan dilində – 50.5
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), ingilis dilində – 45
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), Azərbaycan dilində – 52
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), ingilis dilində – 47
    Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), Azərbaycan dilində – 53.5
    Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), ingilis dilində – 45.5
    Biznesin təşkili və idarə edilməsi (marketinq  üzrə), ingilis dilində – 50.5

Azərbaycan Universiteti 
2023/2024-cü tədris ili üçün magistratura səviyyəsinə qəbul planı

Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. 
MBA proqramı istisna olmaqla bütün ixtisaslara dövlət sifarişi ilə qəbul aparılır. 
Göstərilən miqdarlar ödənişli təhsil alanlar üçündür. 

  • Filologiya
    Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı), 3 yer, 2000 manat
    Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı), 3 yer, 2000 manat
    Azərbaycan dili, 3 yer, 2000 manat
    Azərbaycan ədəbiyyatı, 3 yer, 2000 manat
    Dilşünaslıq (ingilis dili), 3 yer 2000 manat
  • Tərcümə
    Tərcümə (ingilis dili), 3 yer, 1500 manat
  • Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi, 5 yer, 2000 manat
    Azərbaycanın yeni və ən yeni tarixi, 5 yer, 2000 manat
  • Maliyyə
    Bank işi, 8 yer, 2000 manat
    Vergi və vergiqoyma, 8 yer, 2000 manat
  • İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi, 8 yer, 2000 manat
    Turizmin iqtisadiyyatı, 8 yer, 2000 manat
  • Menecment
    Heyətin idarə edilməsi, Azərbaycan bölməsi, 5 yer, 2000 manat
    Heyətin idarə edilməsi, ingilis bölməsi, 5 yer, 2200 manat
    Menecment (sahələr üzrə), Azərbaycan bölməsi, 5 yer, 2000 manat
    Menecment (sahələr üzrə), ingilis bölməsi, 5 yer, 2200 manat
  • Kompüter mühəndisliyi*
    Kompüter mühəndisliyi, 10 yer, 2000 manat
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
    Kibertəhlükəsizlik, 10 yer, 2200 manat
  • Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, 15 yer, 2200 manat
    Gənclərlə iş, 15 yer, 2200 manat
  • MBA (Master of Business Administration) proqramı
    Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), ingilis bölməsi, 10 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), ingilis bölməsi, 5 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), ingilis bölməsi, 5 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), ingilis bölməsi, 10 yer, 2200 manat
    Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)**, ingilis bölməsi, 10 yer, 2200 manat

* Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) ilə birgə beynəlxalq ikili diplom proqramı

** İtaliyanın Tuscia Universiteti ilə birgə beynəlxalq ikili diplom proqramı

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinin magistratura pilləsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.
  • Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
  • MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 110, 160, 195 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana” beynəlxalq mübadilə proqramlarının üzvüdür, Alman Akademik Mübadilə Ximdəti (DAAD) ilə əməkdaşlıq edir. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaqdır.

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • Daha ətraflı məlumat üçün bizə yaza bilər, yaxud əlaqə saxlaya bilərsiniz.
    E-poçt: qebul@au.edu.az
    Tel.: (+99412) 431 41 12/13/16 (126)