Biznes və iqtisadiyyat fakültəsi

Haqqında

Biznes və iqtisadiyyat fakültəsi 1993-cü ilin mart ayında yaradılmış, fakültənin ilk məzunlarına Beynəlxalq iqtisadi əlaqələr, Gömrük işinin təşkili və idarə olunması ixtisasları üzrə bakalavr dərəcəsi verilmişdir. 

Müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərən fakültə 2016-cı ilədək İqtisadiyyat və idarəetmə adlandırılmışdır. Həmin ilin fevral ayında İqtisadiyyat və idarəetmə fakültəsi ilə Biznes fakültəsi birləşdirilmiş və yeni struktur vahidi Biznes və iqtisadiyyat fakültəsi adını almışdır. 

Hazırda fakültədə  Beynəlxalq ticarət və logistika; Biznesin idarə edilməsi; İqtisadiyyat; Maliyyə;  Menecment; Marketinq; Mühasibat; Turizm işinin təşkili, Turizm bələdçiliyi ixtisasları üzrə 931 tələbə təhsil alır. 5 ixtisasın tədrisi ingilis dilində aparılır.

Fakültənin heyəti 

  • Xanım Hikmət qızı Quliyeva - dekan 
  • Qoşqar Qanvoy oğlu Qarayev – dekan müavini
  • Mələk İmran qızı Nadirli - dekan köməkçisi
  • Əsmər Elşən qızı Nüsrətli – tyutor

Kafedralar

  • İqtisadiyyat və idarəetmə kafedrası
  • Maliyyə və mühasibat kafedrası

Fakültə ilə əlaqə

  • Tel.: (+994 12) 431 41 12 /13/16 (137, 138)