Missiya və vizyon

Missiyamız

Ali məqsədimiz daim inkişaf edən və təkmilləşən, yenilikçi universitet olaraq regionun təhsil məkanında lider ali təhsil müəssisəsinə çevrilmək, beynəlxalq aləmdə tanınmış universitetlər sırasına daxil olmaqdır. 


Vizyonumuz 

Azərbaycanın ilk özəl universitetinin maddi-texniki baza və akademik – inzibati heyəti qabaqcıl tədris proqramları və texnologiyalarını tətbiq etməklə müasir çağırışlara cavab verən, gələcəyi şəkilləndirmək əzmində olan peşəkar kadrların hazırlanması üçün səfərbər olunub.

Tələbələrimizin hərtərəfli inkişafı,  şəxsiyyət kimi təkmilləşmələri, ümumbəşəri dəyərləri mənimsəməklə yanaşı milli ruhda yetişmələri də bizim üçün əhəmiyyətlidir.

Öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramları tətbiq edən Azərbaycan Universiteti eyni zamanda sosial məsuliyyəti bölüşən elm və təhsil müəssisəsidir.  


Dəyərlərimiz

  • Açıqlıq
  • İnnovativlik
  • Yaradıcılıq
  • Mükəmməllik
  • Həyat boyu öyrənmə
  • Milli-mənəvi dəyərlərə bağlılıq
  • Mədəni müxtəlifliyə hörmət

2022-2026-cı illər üzrə Strateji İnkişaf Planı