Tələbə Elmi Cəmiyyəti

Azərbaycan Universiteti
Tələbə Elmi Cəmiyyəti

Tələbə Elmi Cəmiyyəti özündə elmi-tədqiqat, layihə, tətbiqi və yaradıcı fəaliyyət ilə məşğul olan tələbələri və onların  fəaliyyətinə rəhbərlik edən professor, müəllim heyətini cəmləşdirən ictimai təşkilatdır.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti istedadlı gənclərin dəstəklənməsinə və onların yaradıcı bacarıqlarının üzə çıxarılmasına yönəlmişdir.

Tələbə Elmi Cəmiyyətinin vəzifələri aşağıdakılardır:

  • Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması
  • Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi
  • Tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması
  • Müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və bu kimi tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi