Azərbaycan Universiteti inanır ki, beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb qarışma prosesi təhsilin mühüm tərkib hissəsidir. Buna görə də universitet beynəlxalq əlaqələrin genişləndirilməsinə, mübadilə proqramlarının inkşafina böyük qiymət verir və tələbələri belə imkanlardan istifadə etməyə ruhlandırır, onların xaricdə təhsil almaları üçün təşəbbüslər irəli sürür.
Tərəfdaş universitetlər
- Anadolu Universiteti (Eskişehir, Türkiyə)
- Akdeniz Universiteti (Antaliya, Türkiyə)
- Gaziantep Universiteti (Gaziantep, Türkiyə)
- Gaziosmanpaşa Universiteti (Tokat, Türkiyə)
- Gazi Universiteti (Ankara, Türkiyə)
- İnönü Universiteti (Malatya, Türkiyə)
- İstanbul Texniki Universiteti (İstanbul, Türkiyə)
- Kocaeli Universiteti (Kocaeli, Türkiyə)
- Koblenz Universiteti (Koblenz, Almaniya)
- Kahramanmaraş Sütcü İmam Universiteti (Kahramanmaraş, Türkiyə)
- Karabük Universiteti (Karabük, Türkiyə)
- Mehmet Akif Ersoy Universiteti (Burdur, Türkiyə)
- Poznan Texnologiya Universiteti (Poznan, Polşa)
- Qafqaz Universiteti (Tbilisi, Gürcüstan)
- Selçuk Universiteti (Konya, Türkiyə)
- Silesian University in Opava (Opava, Çexiya)
- Vechta Universiteti (Vechta, Almaniya)
- Kuala Lumpur Universiteti (Kuala Lumpur, Malayziya)
Azərbaycan Universitetinin tələbələri qeyd olunmuş tərəfdaş univrsitetlərdə mübadilə proqramları və yay məktəbləri çərçivəsində təhsil alıblar və bu şəkildə əmkdaşlığımız davam edir. Əsas məqsədimiz tələbələrə yüksək keyfiyyətli təhsilin verilməsindən və təcrübələrinin genişləndirilməsindən ibarətdir.