Azərbaycan Universiteti ilə həmyaşıd olan Humanitar və sosial elmlər fakültəsi 1991-ci ildə yaradılmış, müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Fakültə, 2006-cı ildən bu adla yenidən təşkil olunmuş və əsasən pedaqoji kadrlar hazırlamışdır.
Hazırda fakültədə Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Filologiya (ingilis dili və ədəbiyyatı), Tərcümə, Sosial iş, Tarix, Muzey, arxiv işi və abidələrin qorunması, Təhsildə sosial-psixoloji xidmət, Korreksiyaedici təlim, Fəlsəfə, Politologiya, Dövlət və ictimai münasibətlər, Beynəlxalq münasibətlər, Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisasları üzrə 1200 nəfərə yaxın tələbə təhsil alır. Təhsil aldıqları ixtisaslar üzrə onlara Respublikanın ən nüfuzlu alim və pedaqoqları öz bilik və bacarıqlarını öyrədir.