Mübadilə proqramları

ERASMUS+ MOBİLLİK PROQRAMI

“Erasmus+KA1” Avropa İttifaqı tərəfindən yaradılmış və daha geniş “Erasmus+” təşəbbüsü çərçivəsində maliyyələşdirilən mübadilə proqramıdır. Proqram, xüsusilə təhsil, təlim və gənclər sahəsində mobilliyin və əməkdaşlığın dəstəklənməsinə diqqət yetirir. Mübadilə proqramı tələbə, akademik və inzibati heyətin mübadiləsi, universitetlər arasında strateji tərəfdaşlıq da daxil olmaqla müxtəlif təhsil fəaliyyətlərində iştirak edən şəxslərə və təşkilatlara maliyyə dəstəyi verir. Məqsəd təhsilin keyfiyyətini artırmaq, əməkdaşlıq və universitetlər arasında bilik və ən yaxşı təcrübə mübadiləsini təşviq etməkdir.

Tələbə mübadiləsi

Erasmus+ mübadilə proqramına müraciət edən tələbələr hər təhsil səviyyəsində bir dəfə proqramda iştirak etmək hüququna malikdir. Mübadilə proqramında yalnız əyani təhsil alan tələbələr iştirak edə bilərlər. Proqram çərçivəsində xarici ölkədə bir semestr bakalavriat və ya magistratura səviyyəsində təhsil almaq istəyən tələbələr aşağıdakı sənədləri Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər:

  • ÜOMG (GPA) 75-dən yuxarı
  • Dil biliyi sertifikatı (İngilis dili B2 səviyyəsində olması arzu olunandır)
  • Transkript
  • Pasport

Müsabiqədə iştirak etmək istəyən tələbələr Universitet daxilində təşkil olunan komissiya tərəfindən müsahibəyə dəvət olunurlar (müsahibədə dil səviyyəsinə baxılır və ixtisas üzrə suallar verilir). 

Qiymətləndirmə cədvəli

Əməkdaşların mübadiləsi

Tədris mübadiləsi: Ali təhsil müəssisəsinin ştatda olan professor - müəllim heyətinə və ya müəssisə işçilərinə xarici tərəfdaş ali təhsil müəssisəsində 8 saat tədris aparmaq imkanı verir.

Təlim mübadiləsi: Ali təhsil müəssisəsinin ştatda olan inzibati heyətinə xaricdə təlim tədbirlərində iştirak etmələrini  (konfranslar istisna olmaqla) və tərəfdaş ali təhsil müəssisəsində təcrübə keçmələrini dəstəkləyir. Mübadilə müddəti 1-2 həftədir. 

Mübadilədə iştirak etmək istəyən əməkdaşlar aşağıdakı sənədləri Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər:

  • Doldurulmuş və imzalanmış müraciət forması
  • CV
  • Pasport
  • Qeyd: Mübadilədə iştirak etmək istəyən müraciətçilərin İngilis dili səviyyəsi  minimum B2 olmalıdır.

Azərbaycan Universiteti hazırda "Erasmus+ KA1" mübadilə layihələri çərçivəsində aşağıdakı universitetlərlə ikitərəfli müqavilələr əsasında kredit mobilliyi həyata keçirir.

  • Selcuk University, Türkiye
  • Hochschule Koblenz, University of Applied Sciences, Germany
  • Gazi University, Türkiye
  • Anadolu University, Türkiye
  • Karadeniz Technical University, Türkiye
  • West University of Timisoara, Romania
  • Cracow University of Economics, Poland
  • Universita degli Studi della Tuscia, Italy
  • Cankırı Karatekin University, Türkiye
  • Sapienza University of Rome, Italy
  • Bingöl University, Türkiye
  • University of Social and Media Culture in Torun, Poland
  • Mikolas Romeris University, Lithuania
  • Ege University, Türkiye

Tərəfdaş universitetlərin siyahısı və ayrılmış yerlərin sayı (kvota) hər tədris ili və ya semestrdə dəyişə bilər. Bununla  bağlı məlumat və yeniliklər müntəzəm olaraq Universitetin rəsmi saytında və sosial media səhifələrində yerləşdirilir.


MEVLANA MÜBADİLƏ PROQRAMI 

Azərbaycan Universiteti 2013-cü ildən başlayaraq Mevlana Mübadilə Proqramı çərçivəsində Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Proqram  Türkiyənin ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini asanlaşdırmağa yönəlib. Azərbaycanlı tələbələr Türkiyədə bir (minimum) və ya iki (maksimum) semestr müddətində təhsil ala bilərlər, Akademik heyət isə iki həftədən (minimum) üç aya qədər (maksimum) tədris prosesində iştirak edə bilər.

Mevlana Mübadilə Proqramına müraciət tələbləri:

  • Tələbələr bakalavriat, magistratura yaxud doktorantura səviyyəsində təhsil almalıdırlar;
  • Bakalavriat pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5 olmalıdır;
  • Magistratura və doktorantura tələbələrinin  4 ballıq GPA üzrə orta balı ən azı 3.00 olmalıdır;
  • 50% dil üzrə bal + 50% GPA;
  • Bakalavriat səviyyəsi üzrə I tədris ilinin tələbələri bu proqramda iştirak edə bilməzlər.

Tələbələr üçün şərtlər: Mevlana Mübadilə Proqramının tələbələri öz ölkələrində digər təqaüd və qrantlarını  almağa davam edir. Onlar təhsil haqqını oxuduqları ali təhsil müəssisəsinə ödəyir və qəbul olunduqları müəssisəyə əlavə hər hansı ödəniş etmirlər. Türkiyə ali təhsil müəssisələrinə gedən tələbələrə YÖK İdarə Heyətinin müəyyən etdiyi nisbətlərə əsasən təqaüd verilir. 

Ətraflı: https://mevlana.yok.gov.tr/

Mevlana Mübadilə Proqramı çərçivəsində tərəfdaş universitetlər

  • Gaziosmanpaşa University
  • Mehmet Akif Ersoy University
  • Selcuk University
  • Hacettepe University 
  • Tokat Gaziosmanpaşa University
  • Anadolu University
  • Kastamonu University