Magistraturaya qeydiyyat

Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti iyulun 22-dək uzadılıb

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar  göstərilən vaxtadək https://portal.edu.az/ platformasında platformasında “qeydiyyat” düyməsindən istifadə edərək şəxsi kabinet yaratmalı, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.


Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrların nəzərinə!
Magistraturaya qeydiyyat iyulun 9-dan 18-dək elektron qaydada aparılacaq

Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olmuş bakalavrları təbrik edir, təhsilin növbəti pilləsində uğurlar arzulayırıq!

Nəzərinizə çatdırmaq istəyirik ki, magistraturaya qəbul olmuş şəxslər 9-18 iyul 2024-cü il tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ platformasında “qeydiyyat” düyməsindən istifadə edərək şəxsi kabinet yaratmaq, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. 

Portal qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı

  • Diplomun və ona əlavənin notarial qaydada təsdiq olunmuş surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər üçün) 
  • Bakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış 
  • Hərbi bilet yaxud təhkim şəhadətnaməsinin surəti (oğlanlar üçün)
  • İmtiyazlı statusu təsdiq edən sənədlər

Universitetə təqdim olunacaq sənədlərin siyahısı 

  • Diplomun və ona əlavənin notarial qaydada təsdiq olunmuş surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər üçün) 
  • Bakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış 
  • Hərbi bilet yaxud təhkim şəhadətnaməsinin surəti (oğlanlar üçün)
  • 3x4 ölçüdə 4 ədəd rəngli şəkil (həmçinin diskdə 1 ədəd şəklin elektron variantı)
  • İmtiyazlı statusu təsdiq edən sənədlər

Ödənişli əsaslarla qəbul olub imtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün 

  • Ödəniş, sənədlər və qeydiyyatla bağlı (+994)124314112 (daxili 124) nömrəli telefon, 
  • Dərslərin təşkili ilə bağlı isə (+99412) 431 41 12 (126) nömrəli telefon ilə əlaqə saxlaya bilərsiniz. 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.