Tələbə Gənclər Təşkilatı

2006-cı ildə təsis edilən Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (AU TGT), ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində iş aparılması
  • Tələbələr arasında maarifləndirmə işinin aparılması
  • Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi
  • Tələbələrin hüquqlarının təmin edilməsi
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və s. kimi digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı  2013-cü ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı-2013” mükafatının təqdimatı mərasimində ilin ən yaxşı “Tələbə Gənclər Təşkilatı” seçilmişdir.

Təşkilat, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsində fəal iştirakına görə fəxri fərmana layiq görülmüşdür.