NEWS

“Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının hazırlıqları davam edir

“Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının hazırlıqları davam edir

21 february 2025

Baxış sayı: 42

Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin birgə təşkilatçılığı ilə 23-25 may 2025-ci il tarixlərində 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının hazırlıqları davam edir. 

Azərbaycan Universitetinin ev sahibliyində keçiriləcək konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Konfransın plenar iclasında Birləşmiş Krallığın Nottingham Universitetinin və Yaponiyanın Osaka Universitetinin professoru Yasuhiro Kotera əsas məruzəçilərdən biri kimi çıxış edəcək. Plenar məruzəçinin çıxışı “Feeling well across cultures” mövzusunda olacaq. 

Yasuhiro Koteranın əsas tədqiqat istiqamətlərinə psixi sağlamlıq, daxili motivasiya və mədəniyyətlərarası psixologiya daxildir. 200-dən çox elmi əsərin müəllifi olan Koteranın  h-indeksi 44-dür. 

Qeyd edək ki, konfransın birincisi 24-25 noyabr 2023-cü il tarixlərində hibrid formatda keçirilib. Sosial iş ixtisası və sosial iş təcrübəsinin beynəlxalq müstəvidə müzakirə olunduğu konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Konfransın bölmə iclaslarına isə 40-a yaxın ölkədən tədqiqatçı və mütəxəssis qoşulub. 

Konfransın səhifəsinə keçid:

https://au.edu.az/en/conferences/2nd-international-conference-on-social-work-social-research

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS