Magistratura boş qalan plan yerləri

Azərbaycan Universiteti 
2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə boş qalan plan yerləri 

Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. 
Göstərilən məbləğlər ödənişli təhsil alan üçündür. 

  • Filologiya 
    Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı), 3 yer, 2000 manat
    Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı), 3 yer, 2000 manat
    Azərbaycan dili, 3 yer, 2000 manat
    Azərbaycan ədəbiyyatı, 3 yer, 2000 manat
    Dilşünaslıq (ingilis dili), 3 yer 2000 manat
  • Tərcümə
    Tərcümə (ingilis dili), 3 yer, 1500 manat
  • Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi, 3 yer, 2000 manat
  • Maliyyə
    Bank işi, 2 yer, 2200 manat
    Vergi və vergiqoyma, 2 yer, 2200 manat
  • İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi, 8 yer, 2200 manat
    Turizmin iqtisadiyyatı, 9 yer, 2200 manat
  • Menecment
    Heyətin idarə edilməsi, Azərbaycan bölməsi, 3 yer, 2200 manat
    Heyətin idarə edilməsi, ingilis bölməsi, 5 yer, 2500 manat
    Menecment (sahələr üzrə), Azərbaycan bölməsi, 1 yer, 2200 manat
    Menecment (sahələr üzrə), ingilis bölməsi, 5 yer, 2500 manat
  • Kompüter mühəndisliyi
    Kompüter mühəndisliyi, 2 yer, 2000 manat
  • Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, 4 yer, 2200 manat
    Gənclərlə iş, 7 yer, 2200 manat
  • Təhsildə sosial-psixoloji xidmət
    Təhsildə sosial-psixoloji xidmət, 3 yer, 2000 manat

MBA (Master of Business Administration) proqramı
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), Azərbaycan bölməsi, 1 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), ingilis bölməsi, 8 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), Azərbaycan bölməsi, 2 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), ingilis bölməsi, 5 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), Azərbaycan bölməsi, 2 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), ingilis bölməsi, 4 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), Azərbaycan bölməsi, 1 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), ingilis bölməsi, 5 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə), Azərbaycan bölməsi, 2 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)*, ingilis bölməsi, 3 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), Azərbaycan bölməsi, 1 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), ingilis bölməsi, 1 yer, 2500 manat

* Kadr hazırlığı İtaliya Respublikasının Tuscia Universiteti ilə birgə ikili diplom proqramı əsasında həyata keçirilir. 

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
  • MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında qəbul mümkündür.
  • 56 və 26-cı proqramlarda dərslər axşam növbəsində təşkil olunur. Digər bəzi ixtisaslarda da tələbələrin qrup şəklində müraciəti nəzərə alınır və dərslər axşam növbəsinə keçirilir.  
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana” beynəlxalq mübadilə proqramlarının üzvüdür, Alman Akademik Mübadilə Ximdəti (DAAD) ilə əməkdaşlıq edir. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaqdır.

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün

Azərbaycan Universiteti haqqında daha ətraflı məlumat üçün vebsaytımızı (www.au.edu.az) ziyarət edə bilər, telefon yaxud e-poçt vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. 

E-poçt: qebul@au.edu.az