Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş
“Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər”
Respublika konfransı
23 may 2019-cu il, Azərbaycan Universiteti

Son zamanlar Azərbaycanın təhsil sistemi yeni çağırışlar qarşısındadır. İqtisadiyyatın xammal sahəsindən insan kapitalı sahəsinə köçürülməsi tendensiyası bu siyasətə uyğun müasir mütəxəssislərin yetişdirilməsini aktual edir ki, bu məsələ də təhsil sisteminin qarşısına yeni vəzifələr qoyur. Odur ki, müasir təhsilimiz, onun problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin araşdırılmasına, onların həlli üçün elmi metodların işlənib hazırlanmasına ciddi ehtiyac yaranıb. “Azərbaycanda ali təhsilə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” respublika konfransının məqsədi məhz bu məsələlərin müzakirəsi üçün elmi platforma təqdim etməkdir. May ayında keçiriləcək tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunacaq.

Təşkilat komitəsi

Sədr

  • Səadət Əliyeva, Azərbaycan Universiteti, Rektor

Üzvlər

  • Yusif Qasımov, Azərbaycan Universiteti, Elmi işlər üzrə prorektor, professor
  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti, Magistratura və doktorantura şöbəsinin müdiri
  • Hikmət Əlizadə, Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti, Elm şöbəsinin müdiri
  • Mənsur Bərxudarov, Azərbaycan Dövlət İqtisad Universiteti, Rus dilində Tədris Mərkəzinin direktoru, dosent
  • Əli Həsənov, Azərbaycan Universiteti, Biznes və iqtisadiyyat fakültəsinin dekanı
  • Asif Paşayev, Azərbaycan Universiteti, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı
  • Səfər Məmmədov, Azərbaycan Universiteti, Humanitar fənlər fakültəsinin dekanı, dosent
  • Rəbiyyət Aslanova, Bakı Dövlət Universiteti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor
  • Ülviyyə Rəhimova, Azərbaycan Universiteti, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent
  • Qabil Əliyev, Azərbaycan Universiteti, İctimai elmlər kafedrasının müdiri, professor
  • Ləzifə Qasımova, Bakı Dövlət Universiteti, Pedaqogika kafedrasının müdiri, professor
  • Samirə Məmmədova, Azərbaycan Universiteti, Xarici dillər kafedrasının müdiri
  • Qabil Əliyev, Azərbaycan Universiteti, Riyaziyyat və informatika kafedrasının müdiri
  • Aygün Musayeva, Azərbaycan Universiteti, Sosial işin təşkili kafedrasının müdiri

Katib

  • Xəyalə Əliyeva, Azərbaycan Universiteti, Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi

Elmi istiqamətlər

  • Bazar iqtisadiyyatında təhsil və elmi tədqiqat
  • İnformasiya cəmiyyətinin və texnologiyalarının yaradılmasında təhsilin rolu
  • İdarəetmə və qanunvericilik
  • Müasir cəmiyyətdə gənclərin sosiallaşması
  • Təhsil təhlükəsizliyi məsələləri
  • Təhsil, Şəxsiyyət və Cəmiyyət
  • Azərbaycanda ali təhsil: müasir çağırışlar 
  • Pedaqogika və təhsil metodikası
  • Ali təhsil: qloballaşma və inteqrasiya
  • Təhsil və elm arasındakı əlaqələr
  • E-təhsil və virtual innovasiyalar
  • Elektron tədris metodlarının işlənib hazırlanması

Mühüm tarixlər

  • Məqalələrin göndərilməsi üçün son  tarix: 23 aprel 2019-cu il
  • Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 5 may 2019-cu il

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri – azərbaycan, rus, ingilis

Məqalələrin tərtibi qaydaları

  • Həcm 3 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır. 
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material rus və ya ingilis dilində təqdim edilirsə məqalənin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Məqalənin strukturu

  • Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Qeydiyyat

  • Konfransa qeydiyyat haqqı 30 manatdır.

Keçirilmə yeri

Azərbaycan Universiteti
Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71 
Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007

Əlaqə

E-poçt: elm@au.edu.az
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 160)