Gənc tədqiqatçıların III respublika elmi-praktik konfransı

Gənc tədqiqatçıların III respublika elmi-praktik konfransı
13 mart 2020-ci il, Azərbaycan Universiteti

Gənc tədqiqatçıların III respublika elmi-praktik konfransının məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək,  onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır. 

Təşkilat komitəsi

Sədr

  • Səadət Əliyeva, Rekor, Azərbaycan Universiteti

Üzvlər

  • Yusif Qasımov, Azərbaycan Universiteti
  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
  • Asif Paşayev, Azərbaycan Universiteti
  • Səfər Məmmədov, Azərbaycan Universiteti
  • Ülviyyə Rəhimova, Azərbaycan Universiteti
  • Qabil Əliyev, Azərbaycan Universiteti
  • Nəriman Böyükkişi, Azərbaycan Universiteti
  • Samirə Məmmədova, Azərbaycan Universiteti
  • Tünzalə Verdiyeva, Azərbaycan Universiteti
  • Qabil Əliyev, Azərbaycan Universiteti

Katib

  • Afiq Nadirov, Azərbaycan Universiteti

Elmi istiqamətlər

Konfrans aşağıdakı bloklar üzrə keçirilir.

  • İKT və tətbiqləri
  • Humanitar elmlər
  • İqtisadiyyat
  • Sosial elmlər

Mühüm tarixlər

  • Məqalələrin son göndərilmə tarixi: 14 fevral 2020-ci il
  • Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 3 mart 2020-ci il

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri 

  • Azərbaycan, rus, ingilis

Məqalələrin tərtibi qaydaları

  • Həcm 3 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır. 
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. 
  • Əgər material rus və ya ingilis dilində təqdim edilirsə məqalənin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Məqalənin strukturu

  • Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Qeydiyyat

  • Konfransa qeydiyyat haqqı 25 manatdır.

Keçirilmə yeri və əlaqə

  • Azərbaycan Universiteti
    Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
    Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007
  • E-poçt: genc.tedqiqatci@au.edu.az
  • Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)