Heydər Əliyev və Türk Dünyası


HEYDƏR ƏLİYEV VƏ TÜRK DÜNYASI

Beynəlxalq elmi konfransı

12 may 2023-cü il

Heydər Əliyev və Türk Dünyası beynəlxalq  konfransı Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin ümumtürk birliyi, azərbaycançılıq, türkçülük məfkurəsinin yaradılması istiqamətində xidmətlərinin, Azərbaycan Respublikasının Türkiyə və Mərkəzi Asiyanın Türk respublikaları ilə əlaqələrinin möhkəmləndirilməsi uğrunda fəaliyyətinin araşdırılması məsələlərinə həsr edilir. Konfransda həmçinin Heydər Əliyev şəxsiyyətinin Türk dünyası ədəbiyyatında, mədəniyyət və incəsənət abidələrində bədii obrazı ilə bağlı məruzələrin dinlənilməsi nəzərdə tutulmuşdur. 

Təşkilat komitəsi

Sədr

  • Səadət Əliyeva, Azərbaycan Universiteti

Üzvlər

  • Yusif Qasımov, Azərbaycan Universiteti
  • Yaqub Mahmudov, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universiteti
  • Nizami Cəfərov, AMEA-nın həqiqi üzvü, Azərbaycan Atatürk Mərkəzi
  • İsmayıl Hacıyev, AMEA-nın həqiqi üzvü, AMEA Naxçıvan bölməsi
  • Qabil Əliyev,  Azərbaycan Universiteti
  • Anar İsgəndərov, Bakı Dövlət Universiteti
  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti 
  • Bekzodç Toshpulatov, Qarşi Dövlət Universiteti, Özbəkistan
  • Ülviyyə Rəhimova, Azərbaycan Universiteti
  • Jasurbek Eshtemirov, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regonal Bölməsi, Qarşi, Özbəkistan 
  • Baha Ahmet Yılmaz, Ege Universiteti, Türkiye
  • İradə Hüseynova, Bakı Dövlət Universiteti
  • Bilgehan Gültekin, Ege Universiteti, Türkiyə
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
  • Səfər Məmmədov, Azərbaycan Universiteti
  • Tünzalə Verdiyeva,  Azərbaycan Universiteti
  • Samirə Məmmadova, Azərbaycan Universiteti
  • Nəriman Böyükkişi, Azərbaycan Universiteti
  • Tural  Qocayev, Azərbaycan Universiteti

Elmi istiqamətlər

Tarix: Heydər Əliyev və ümumtürk tarixi

Filologiya: Türk dünyasının filoloji tədqiqatlarında Heydər Əliyev şəxsiyyəti

Fəlsəfə: Heydər Əliyev və azərbaycançılıq, türkçülük məfkurəsi

Mədəniyyət: Türk dünyasının mədəniyyət və incəsənət abidələrində Heydər Əliyev obrazı

Sosial və iqtisadi siyasət: Heydər Əliyevin rəhbərliyi dövründə sosial və iqtisadi siyasətin əsas aspektləri

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri

Azərbaycan, rus, ingilis

Tezisin tərtibi qaydaları

  • Həcm 3 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır. 
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. 
  • Əgər material rus və ya ingilis dilində təqdim edilirsə tezisin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Tezisin strukturu

  • Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). 
  • İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Mühüm tarixlər

  • Tezislərin son göndərilmə tarixi: 12 Aprel 2023-cü il
  • Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 30 aprel 2023-cü il 

Konfrans materialları

“Heydər Əliyev və Türk Dünyası” beynəlxalq elmi konfransı

Keçirilmə yeri və əlaqə

  • Azərbaycan Universiteti
    Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
    Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007
  • E-poçt: elm@au.edu.az
  • Tel: (+99412) 431 41 12/13/16 (daxili 160)