Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində mənbə kimi

Beynəlxalq konfrans

Azərbaycan Universiteti, 7 may 2021-ci il

“Nizami ili” çərçivəsində təşkil olunacaq "Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi" elmi konfransı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. 

Dahi şairin əsərləri tək fövqaladə sənətkarlıq nümunələri deyil, həm də Azərbaycanın, Qafqazın və bütün Şərqin tarixinin öyrənilməsində əvəzsiz mənbədir. Bunu nəzərə alaraq konfransın işində şairin əsərlərində tarixi faktlar və milli kimlik məsələləri, Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu, Nizami Gəncəvi və müasir tarix kimi aktual məsələlərin araşdırılması, bu problemlər üzrə diskusiyaların təşkili nəzərdə tutulur.

Qeyd: Pandemiya şəraitini nəzərə alaraq konfransın online rejimdə keçirilməsi nəzərdə tutulur.

Təşkilat komitəsi

Sədr

  • Səadət Əliyeva, Azərbaycan Universiteti

Üzvlər

  • Yusif Qasımov, Azərbaycan Universiteti
  • Yaqub Mahmudov, AMEA-nın həqiqi üzvü
  • Nizami Cəfərov, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzi
  • Anar İsgəndərov, Milli Məclisin Deputatı, Bakı Dövlət Universiteti
  • İradə Huseynova, Bakı Dövlət Universiteti
  • Qorxmaz Quliyev, Azərbaycan Universiteti
  • Gülmire Kuruoğlu, Dokuz Eylül Universiteti, Turkiye
  • Nüşabə Quliyeva,  Azərbaycan Universiteti
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
  • Məhərrəm Qasımlı, Azərbaycan Universiteti
  • Səfər Məmmədov, Azərbaycan Universiteti
  • Ülviyyə Rəhimova, Azərbaycan Universiteti
  • Qabil Əliyev, Azərbaycan Universiteti
  • Asif Paşayev, Azərbaycan Universiteti
  • Samirə Məmmədova, Azərbaycan Universiteti
  • Qabil Əliyev, Azərbaycan Universiteti

Elmi istiqamətlər

  • Nizami Gəncəvinin əsərlərində tarixi faktlar
  • Nizami Gəncəvinin əsərlərində milli kimlik məsələləri
  • Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu
  • Nizami Gəncəvi və müasir tarix
  • Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri

Plenar məruzəçilər

  • Kamran Talattof, Arizona Universiteti, Tucson, ABŞ
    Sülh ulduzu: Nizami poeziyasinda səma və fəza 
  • Mattew R. Hotham, Ball State Universiteti, Muncie, ABŞ
    Mövzu: Clutching the Pearl-Stringer: Exploring Nizami Ganjavi’s Poetic Legacy

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri

  • Azərbaycan, rus, ingilis

Tezisin tərtibi qaydaları

  • Həcm 5 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. 
  • Əgər material rus və ya ingilis dilində təqdim edilirsə, tezisin sonunda Azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Tezisin strukturu

  • Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]).
  • İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Tezislərin göndəriləcəyi ünvan

  • Tezislər elm@au.edu.az ünvanına göndərilməlidir.

Mühüm tarixlər

  • Tezislərin son göndərilmə tarixi: 25 aprel 2021-ci il
  • Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 1 may 2021-ci il

Keçirilmə yeri və əlaqə

  • Azərbaycan Universiteti
    Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
    Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007
  • E-poçt: elm@au.edu.az
  • Tel: (+99412) 431 41 12/13/16 (daxili 160)