Yaşıl turizm: yeni imkanlar, yeni trendlər

Magistr və tələbələrin “Yaşıl turizm: yeni imkanlar, yeni trendlər” 

Respublika elmi konfransı

Azərbaycan Universiteti, 19 aprel 2024-cü il

Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə magistr və tələbələrin respublika elmi konfransının keçirilməsində məqsəd Azərbaycanın müxtəlif universitetlərində, bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, peşə biliklərinin dərinləşdirilməsi və genişləndirilməsi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir.

Konfransda iştirak magistr və tələbələrin tədqiqatçı bacarıqlarının formalaşması ilə yanaşı, respublikamızda yaşıl iqtisadiyyat və ekoloji turizmin inkişafı üzrə elmi, dövlət və ictimai əhəmiyyət kəsb edən problemlərin həlli yollarının tapılması üçün müzakirələr aparılmasına kömək edəcəkdir.   

Təşkilat komitəsi

Sədr

  • Yusif Qasımov, Azərbaycan Universiteti

Üzvlər

  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti
  • Latifə Ağamalıyeva, Azərbaycan Universiteti
  • Nəriman Böyükkişi, Azərbaycan Universiteti
  • Xanım Quliyeva, Azərbaycan Universiteti
  • Qəhrəman Yusupov, Azərbaycan Universiteti
  • Elşən Məmmədov, Azərbaycan Dövlət İqtisad Universiteti
  • Novruz Quliyev, Azərbaycan Dövlət Turizm və Menecment Universiteti
  • Səyavuş Məhişov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
  • Ceyhun Məmmədov, “Xəzər” Universiteti
  • Rüstəm Hüseynov, “Qərbi Kaspi” Universiteti

Katib

  • Zərifə Səlimova, Azərbaycan Universiteti

Elmi istiqamətlər

  • Yaşıl dünya naminə “yaşıl turizm”  
  • Qarabağ və Şərqi Zəngəzurda “yaşıl turizmin” formalaşması və inkişaf istiqamətləri
  • Azərbaycanda turizmin inkişafının aktual məsələləri

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri

  • Azərbaycan, rus, ingilis

Tezisin tərtibi qaydaları

  • Həcm 3 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır. 
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. 
  • Əgər material rus və ya ingilis dilində təqdim edilirsə tezisin sonunda Azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Tezisin strukturu

  • Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 11)
  • Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). 
  • İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 12).

Qeydiyyat

  • Konfransa qeydiyyat haqqı 20 manatdır (yalnız magistrlər üçün).

Mühüm tarixlər

  • Tezislərin göndərilməsi üçün son tarix: 31 mart 2024-cü il
  • Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 5 aprel 2024-cü il

Konfrans materialları

"Yaşıl turizm: yeni imkanlar, yeni trendlər" tələbə konfransı

Keçirilmə yeri və əlaqə

  • Azərbaycan Universiteti
    Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
    Bakı şəhəri, Azərbaycan Respublikası, AZ1007
  • E-poçt: yasil.turizm@au.edu.az  
  • Tel.: (+99412) 431 41 12/13/16 (daxili 135)