ELANLAR
XII daxili ənənəvi şahmat turniri dekabrda keçiriləcək
21
11
Tələbələrimizin nəzərinə!
Azərbaycan Universitetinin ənənəvi daxili şahmat turniri bu il 10 dekabr 2025-cü il tarixində keçiriləcəkdir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir 12-ci dəfədir ki, təşkil olunur.
Turnirdə Azərbaycan Universitetinin bütün tələbələri iştirak edə bilərlər. Qeydiyyat (Tələbənin adı, soyadı, ixtisası, kursu və əlaqə nömrəsi göstərilməklə) İctimaiyyətlə əlaqələr şöbəsi və dekanlıqlarda aparılır. Müraciət üçün son tarix 8 dekabr 2025-ci ildir.
- İctimaiyyətlə əlaqələr şöbəsi – IV mərtəbə, 518 №-li otaq
- Biznes və iqtisadiyyat fakültəsi – IV mərtəbə, 517 №-li otaq
- Humanitar və sosial elmlər fakültəsi, II mərtəbə, 302 №-li otaq
- İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi, I mərtəbə, 211 №-li otaq
Turnir universitetin Abituriyent Məsləhət Mərkəzində keçiriləcək və saat 10:00-da başlayacaq.
Bütün iştirakçılara uğurlar arzulayırıq!
İctimaiyyətlə əlaqələr şöbəsi