ELANLAR

Ailə büdcəsinin idarə edilməsinə dair təlim keçiriləcək

19
02

Professor-müəllim, inzibati-texniki heyət üzvlərinin nəzərinə!

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi (TLC / Teaching and Learning Centre) ilə Maliyyə və mühasibat kafedrasının birgə təşəbbüsü ilə  21 fevral 2024-cü il tarixində universitetin müəllim və əməkdaşları üçün “Ailə büdcəsinin düzgün planlaşdırılması və idarə edilməsi” mövzusunda xüsusi mühazirə təşkil olunacaq. Məruzəçi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin İdarə Heyətinin sədri, i.e.n. Ruslan Atakişiyevdir. Mühazirə Təlim və Tədris Mərkəzində, saat 11.00-da başlayacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi