ELANLAR
Azərbaycan Universitetinin tələbələri üçün Almaniyanın Koblenz Universitetində mübadilə imkanı
20
10
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi tələbələri Almaniyanın Hochschule Koblenz Universitetində (Remagen, RheinAhrCampus) mübadilə proqramında iştirak etməyə dəvət edir. Proqram 2027-ci il mart ayının ortalarından iyul ayının sonunadək davam edəcək.
Proqramda iştirak etmək istəyən tələbələr mübadilə semestri ərzində ümumilikdə ən azı 30 kredit toplamalı, həmçinin aşağıda qeyd olunan 3 fənni tədris proqramına daxil etməlidi və həmin fənlər üzrə kreditləri əldə etməlidirlər.
- B258 – Almaniyada biznes strategiyaları (German Business Strategies), məcburi fənn;
- CCS-DaF – Alman dilində mədəni kompetensiya (German Language Course), məcburi fənn;
- B25 modul qrupundan bir fənn.
Tələbələr həmçinin 10 ECTS kredit dəyərində akademik təcrübə proqramına müraciət edə bilərlər.
- Proqram və mübadilə tələbələri üçün digər imkanlar haqqında ətraflı məlumat:
https://www.hs-koblenz.de/rac/international-programs/international-students/exchange-students - Akademik təcrübə haqqında ətraflı məlumat:
https://www.hs-koblenz.de/rac/international-programs/international-students/exchange-students/academic-internship
Proqramda iştirak etmək istəyən tələbələr 3 noyabr 2026-cı il tarixinədək Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otaq) müraciət edə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
