ELANLAR

Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinə sənəd qəbulu elan olunur

09
10

2023/ 2024-cü tədris ilinin yaz semestrində ERASMUS+KA107 tələbə-müəllim layihəsi çərçivəsində Almaniyanın RheinAhrCampus, Koblenz Tətbiqi Elmlər Universitetində təhsil almaq istəyən tələbələrin nəzərinə!

Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr 16 oktyabr 2023-cü il tarixinədək Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 524-cü otaq) müraciət edə bilərlər.  

Namizədlərin seçimi müsabiqə əsasında aparılacaqdır. Proqrama müraciət etmək üçün əsas şərtlər aşağıdadır:  

  • Tələbə əyani formada təhsil almalı; 
  • Tələbənin orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 75-dən yuxarı olmalı; 
  • Tələbənin ingilis dili biliyi ən az B1 səviyyəsində olmalıdır (ingilis dili sertifikatı olanlara üstünlük veriləcəkdir).  

Qeyd: Tələbə hər təhsil səviyyəsi üzrə bir dəfə ERASMUS+KA107 mübadilə layihəsində iştirak edə bilər.  Bakalavriat səviyyəsi üzrə I və IV kurs tələbələri, magistratura səviyyəsi üzrə isə II kurs tələbələri mübadilə proqramında iştirak üçün müraciət edə bilməzlər. 

İctimaiyyətlə əlaqələr şöbəsi