ELANLAR

Almaniyanın Koblenz Universitetinə sənəd qəbulu elan olunur

16
10

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz  Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2024/2025-ci tədris ilinin yaz semestrini Almaniyada (bir semestr müddətində) oxumaq istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 504-cü otağa) müraciət edə bilərlər.

Proqram iştirakçıların bütün xərclərini qarşılayır.  Tədris ingilis dilindədir.

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi iki mərhələli müsahibə yolu ilə aparılacaq. Müsahibədə uğurlu olan tələbə təhsilini növbəti semestrdə Almaniyanın Koblenz Universitetində davam etdirə biləcək. 

Biznes və İqtisadiyyat fakültəsinin tələbələri müsahibədə iştirak üçün müraciət edə bilərlər. 

Mübadilədə iştirak etmək istəyən tələbələr üçün şərtlər aşağıdadır: 

  • Tələbənin GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalıdır;
  • Tələbənin ingilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır;
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Proqrama müraciət üçün son tarix: 30 oktyabr 2024-cü il

İctimaiyyətlə əlaqələr şöbəsi