ELANLAR

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

04
04

Azərbaycan Universiteti 2022-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az müraciətlərin göndərilməsi 5 aprel tarixindən başlayacaqdır.  

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı

İqtisad elmləri

  • İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə edilməsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi tarix – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Dil nəzəriyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı

İqtisad elmləri

  • İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə edilməsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi tarix – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Tətbiqi dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dil nəzəriyyəsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sosial iş

  • Sosial problemlər – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sosial iş - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə elmləri

  • Bilik fəlsəfəsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Bir tədris ili üçün təhsil haqqı 1500 manatdır. Sənəd qəbulu üçün son tarix 5 may 2022-ci ildir.

Daha ətraflı məlumat üçün
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126), 050 268 38 00