ELANLAR

Azərbaycan Universiteti 2020/2021-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir

21
05

Azərbaycan Universitetinin magistratura səviyyəsinə tələbə qəbulu bakalavrların müvafiq tədris ilində qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Magistratura səviyyəsi üzrə MBA istisna olmaqla bütün ixtisaslaşmalara Dövlət siafrişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul aparılır.

  • 060201 Filologiya
    Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) - 5 yer
    Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 5 yer
    Azərbaycan dili - 5 yer
    Azərbaycan ədəbiyyatı – 5 yer
    Dilşünaslıq (ingilis dili) - 5 yer
  • 060203 Tərcümə
    Tərcümə (ingilis dili) - 5 yer
  • 060206 Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi -5 yer
    Azərbaycanın yeni və ən yeni tarixi - 5 yer
  • 060403 Maliyyə
    Bank işi - 5 yer
    Vergi və vergiqoyma - 5 yer
  • 060404 İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi - 5 yer
    Turizmin iqtisadiyyatı - 5 yer
  • 060509 Kompüter elmləri
    İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 10 yer
  • 060631 Kompüter mühəndisliyi
    Kompüter mühəndisliyi - 5 yer
  • 060805 Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 10 yer
    Gənclərlə iş - 10 yer
  • 060409 MBA proqramı
    Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinin magistratura pilləsinə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır.
  • Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
  • MBA istisna olmaqla bütün ixtisaslaşmalara Dövlət sifarişi əsasında (Dövlət büdcəsinin vəsaiti hesabına) qəbul aparılır.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Ödənişli əsaslarla qəbul olanların illik təhsil ödənişi 2000 manatdır.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.

Magistratura səviyyəsi üzrə keçid balları

  • Azərbaycan dili – 76
  • Ədəbiyyatşünaslıq – 80
  • Dilşünaslıq (ingilis dili) – 84
  • Kompüter mühəndisliyi  - 91 (DS 95)
  • Azərbaycanın yeni və ən yeni tarixi - 78 (78)
  • Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş – 61 (DS 72)
  • Gənclərlə iş - 62  (DS 69)
  • Vergi və vergiqoyma – 80
  • Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) – 73
  • Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) – 71
  • Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) – 67
  • Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – 69
  • Biznesin təşkili və idarə edilməsi (maliyyə, tədris ingilis dilində) – 86
  • Biznesin təşkili və idarə edilməsi (marketinq, tədris ingilis dilində) - 83

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün bizə yaza bilər, yaxud əlaqə saxlaya bilərsiniz. 
E-poçt: qebul@au.edu.az
Tel.: (+99455) 220 40 58 (həftə içi 10.00-dan 16.00-dək)

İctimaiyyətlə əlaqələr şöbəsi