ELANLAR

Azərbaycan Universiteti müəllimlərin işə qəbulunu elan edir

17
08

Azərbaycan Universiteti 2021/2022-ci tədris ili üçün Maliyyə və iqtisadiyyat, Sosial iş və Xarici dillər kafedralarına aşağıda qeyd olunmuş ixtisas fənlərini Azərbaycan və ingilis dillərində tədris etmək üçün müəllimlərin işə qəbulunu elan edir.

Maliyyə və iqtisadiyyat kafedrası üzrə

Makroiqtisadiyyat və mikroiqtisasiyyat fənləri üzrə (Azərbaycan və ingilis dillərində)

  • Mühasibat ixtisası üzrə  fənlər (Azərbaycan və ingilis dillərində)
  • Biznesin idarə edilməsi ixtisası üzrə fənlər (Azərbaycan və ingilis dillərində)
  • Maliyyə ixtisası üzrə fənlər (İngilis dilində)
  • Menecment ixtisası üzrə fənlər (İngilis dilində)
  • Statistika fənni (Azərbaycan və ingilis dillərində)
  • Vergi üzrə fənlər (İngilis dilində)
  • Bank işi fənni (İngilis dilində)
  • Beynəlxalq iqtisadiyyat fənni (İngilis dilində)

Sosial işin təşkili kafedrası üzrə

  • Psixologiya fənni
  • Sosial iş ixtisası üzrə fənlər

Xarici dillər kafedrası üzrə

  • Qeyri-ixtisas qruplarında ingilis dili fənni (General English - Elementary-Upper intermediate)

Müsabiqəyə dair tələblər

  • Müvafiq sahələr (İqtisadiyyat, psixologiya, sosial iş, ingilis dili müəllimliyi) üzrə ali təhsil
  • Fəlsəfə doktoru elmi dərəcəsi
  • 3 ildən az olmayan pedaqoji staj
  • Microsoft Teams proqramından istifadə

Sənəd qəbulu avqustun 31-dək həyata keçirilir. Sənədləri məqbul hesab edilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər. Namizədin göstəricilərindən asılı olaraq işə qəbul daimi əsaslarla müəllim vəzifəsinə aparılacaqdır. Namizədlər CV-lərini mövzu yerinə "Müəllimlərin işə qəbulu" yazaraq kamala.afandiyeva@au.edu.az ünvanına göndərə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.08.2021