ELANLAR

Azərbaycan Universitetində V Karyera Günü keçiriləcək

28
04

Azərbaycan Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə növbəti “Karyera Günü” keçiriləcəkdir. “Karyerada ilk addım” şüarı bu il beşincisi təşkil olunacaq tədbirdə müxtəlif profilli şirkət və müəssisələr iştirakçılara öz vakansiyalarını, təcrübə və təqaüd proqramlarını təqdim edəcəklər. 

Tədbirin təşkil olunmasında əsas məqsəd yuxarı kurs tələbələrinin və universitet məzunlarının əmək bazarına çıxışının dəstəklənməsi, gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.

Bütün işəgötürən və iş axtaranların dəvətli olduğu tədbir 16 may 2019-cu il tarixində Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında keçiriləcəkdir.

Tədbir saat 10.00-da başlayacaq.

Əlaqə telefonu: (+994) 552204068

İctimaiyyətlə əlaqələr şöbəsi
29.04.2019