ELANLAR

Azərbaycan Universiteti növbəti dəfə PTE testi keçirəcək

31
03

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin Tərcümə və filologiya və Xarici dillər kafedraları tərəfindən iyun ayında növbəti PTE testinin keçirilməsi nəzərdə tutulur. İngilis dili səviyyəsi yüksək olan tələbələr kafedraların təşkil edəcəyi yerləşdirmə testindən (placement test) keçdikdən sonra PTE imtahanında iştirak etmək hüququ əldə edə biləcəklər. 

Maraqlananlar və əlavə məlumat almaq istəyən tələbələr Tərcümə və filologiya kafedrasının  müdiri Samirə Məmmədova yaxud Xarici dillər kafedrasının müdiri Aygün Qasımovaya müraciət edə bilərlər (III mərtəbə, 418/420/422-ci otaqlar). 

Qeyd edək ki, PTE (Pearson Test of English)  IELTS və TOEFL ilə birlikdə  ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir.  Testlər tələbələr üçün münasib olan təqvimə əsasən ildə dörd dəfə keçirilir.  Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universiteti öz tələbələrinə bu sertifikatları əldə etmək üçün geniş imkanlar yaradır.

İctimaiyyətlə əlaqələr şöbəsi