ELANLAR

Beynəlxalq dil serifikatı əldə etmək istəyən tələbələrimizin nəzərinə!

03
11

Azərbaycan Universiteti beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alaraq ingilis dili səviyyəsi yüksək olan tələbələrinə beynəlxalq dil sertifikatı əldə etmək imkanı yaradır.

2017-ci ildə PTE-nin (Pearson Test of English) imtahan alt mərkəzi kimi təsdiq olunan  Azərbaycan Universiteti bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququna malikdir.

PTE (Pearson Test of English)  IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir. Əldə olunacaq göstərici beynəlxalq imtahanların ekvivalentliyi üzrə C1= IELTS 7.5 və ya TOEFL 102-109-a bərabər olacaq.

Imtahan danışıq (speaking) və yazı (writing) hissələri olmaqla  2 mərhələdən ibarət olub ildə 4 dəfə keçirilir.  Təlimlərin və imtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır.

Tələbələrimiz daha ətraflı məlumat üçün Xarici  dillər kafedrasına müraciət edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.11.2021