ELANLAR

Beynəlxalq əlaqələr şöbəsi Koblenz Universitetinə qəbul elan edir

03
11

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi Almaniyanın Koblenz Universitetinə tələbə qəbulu elan edir. 2020/2021-ci tədris ilinin yaz semesterində təhsilini Koblenz Universitetində davam etdirmək istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

Mübadilədə iştirak şərtləri aşağıdadır:

  • İnglis dili bilikləri yüksək olmalıdır (B2)
  • GPA balı minimum 2.5 olmalıdır
  • Müraciət zamanı ilkin olaraq transkript tələb olunur.

Müraciət üçün son tarix 15 noyabr 2020-ci ildir. Daha ətraflı məlumat almaq istəyən tələbələr 055 220 40 53 nömrəli telefon ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.11.2020