ELANLAR

Beynəlxalq əlaqələr şöbəsi tələbələri onlayn yay məktəbinə dəvət edir

03
06

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi tələbələri beynəlxalq yay məktəbinə dəvət edir. 2-11 sentyabr 2021-ci il tarixləri arasında onlayn formatda təşkil olunacaq yay məktəbi “Global Job Skills: Leadership and Employability” mövzusuna həsr olunur.

Yay məktəbinin tərəfdaşları Azərbaycan Universiteti, Almaniyanın Koblenz Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universitetidir.

Yay məktəbində iştirak ödənişsizdir. İştirak etmək istəyən və ingilis dili bilikləri yüksək səviyyədə olan tələbələr 055 220 40 53 nömrəli telefon vasitəsilə Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

Son müraciət tarixi 21 iyun 2021-ci ildir. 

İctimaiyyətlə əlaqələr şöbəsi
03.06.2021