ELANLAR

“Bona Dea Hospital”dan Müəllimlər Günü aksiyası

04
10

Azərbaycan Universiteti Bakının Nizami rayonunda yerləşən, tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən “Bona Dea Hospital” ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında imzalanan müqaviləyə əsasən Azərbaycan Universitetinin əməkdaşlarına qiymət cədvəlində göstərilən xidmətlər üzrə 25 faiz, tələbələrinə isə 15 faiz endirim tətbiq olunur. 

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə isə xüsusi aksiya keçirilir. Belə ki, Bona Dea Hospital tərəfindən Azərbaycan Universitetinin müəllimlərinə bütün check-up paketləri üzrə 50 faiz endirim tətbiq olunacaq.

Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi təbrik edir, uğurlar arzulayırıq!