ELANLAR

Doktorant, dissertant və gənc tədqiqatçılar üçün mühazirələr təşkil olunacaq

17
11

Azərbaycan Universitetinin magistratura II kurs tələbələri, doktorant, dissertantları və gənc tədqiqatçılar üçün  elmi işin hazırlanmasına dair mühazirələr təşkil olunacaq. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkil etdiyi mühazirələrin qrafiki aşağıdakı kimidir:

  • Mühazirə 1: Doktorantura və dissertanturaya qəbul qaydaları və  araşdırma strategiyasında vacib məqamlar (dəyirmi masa) 
  • Mühazirə 2: Tədqiqatın elmi fərziyyəsi (prof. Qorxmaz Quliyev, Azərbaycan dili və ədəbiyyat kafedrası)
  • Mühazirə 3: Dissertasiyanın nəzəri əsasları (prof. Qorxmaz Quliyev, Azərbaycan dili və ədəbiyyat kafedrası)
  • Mühazirə 4: Tədqiqatda metod və metodologiya problemləri (prof. Qorxmaz Quliyev, Azərbaycan dili və ədəbiyyat kafedrası)
  • Mühazirə 5: Kəmiyyət və keyfiyyət metodologiyası (Nigar Şahhüseynbəyova, Sosial işin təşkili kafedrası)
  • Mühazirə 6: Dissertasiya sistem kimi (prof. Qorxmaz Quliyev, Azərbaycan dili və ədəbiyyat kafedrası)
  • Mühazirə 7: Elmi məqalənin strukturu və SCOPUS bazasında uyğun jurnallarla iş (r.ü.f.d. Lətifə Ağamalıyeva, Elm şöbəsinin müdiri)
  • Mühazirə 8: Dissertasiyanın strukturu (prof. Asif Hacıyev, Azərbaycan dili və ədəbiyyat kafedrası) 
  • Mühazirə 9: Beynəlxalq indeksli bazalara təqdim olunması üçün məqalələrin yazılması (prof. Azad Məmmədov, Tərcümə və filologiya kafedrası) 
  • Mühazirə 10: Dissertasiyanın müzakirəyə təqdim olunması qaydaları və sənədlər, (dos. Ülviyyə Rəhimova, Azərbaycan dili və ədəbiyyat kafedrası) 

Son müraciət tarixi 22 noyabr 2022-ci ildir. Mühazirələrdə iştirak etmək istəyənlər Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. 

Tel.: (+994)12 431 41 12 daxili 126

İctimaiyyətlə əlaqələr şöbəsi