ELANLAR
Xorvatiyanın Dubrovnik Universitetinə sənəd qəbulu elan olunur
22
11
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” proqramı çərçivəsində Xorvatiyanın Dubrovnik Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2022/2023-cü ilin yaz semestrini Dubrovnik Universitetində davam etdirmək istəyən tələbələrimiz daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 526/524-cü otaqlar, sevlan.gurbanova@au.edu.az) müraciət edə bilərlər.
“Erasmus+” proqramı iştirakçıların bütün xərclərini qarşılayır. Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsahibə yolu ilə aparılacaqdır.
Mübadilə proqramında iştirak etmək üçün şərtlər aşağıdakılardır:
- İngilis dili bilikləri yüksək (minimum B2 səviyyəsində) olmalıdır.
- GPA balı minimum 2.5 olmalıdır.
- İxtisas üzrə uyğunluq gözlənilməlidir.
Dubrovnik Universiteti mübadilə proqramında iştirak üçün aşağıdakı kateqoriyalardan olan tələbələrə üstünlük verir:
- Aztəminatlı ailələrdən olan tələbələr
- Miqrant və ya qaçqın statusunda olan tələbələr
- Əlilliyi olan tələbələr
- Transkript təqdim olunmalıdır.
Daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.
Proqrama müraciət üçün son tarix 29 noyabr 2022-ci ildir.
İctimaiyyətlə əlaqələr şöbəsi