ELANLAR

EBSCO professor-müəllim heyətini noyabr vebinarlarına dəvət edir

02
11

Dünyanın aparıcı nəşriyyatlarının elmi resurslarının ən böyük əlaqələndiricisi olan EBSCO noyabr ayı ərzində Azərbaycan Universitetinin professor-müəllim heyətini vebinarlar seriyasında iştiraka dəvət edir. Vebinarlarda iştirak etmək istəyənlər maraqlandıqları sahəni seçmək və qeydiyyatdan keçmək üçün aşağıdakı keçiddən istifadə edə bilərlər.  

https://more.ebsco.com/RU-EBSCO-Training-Portal.html

Daha ətraflı məlumat üçün tel.: 012 431 41 12 (132).

Qeyd edək ki, dünyanın ən geniş onlayn beynəlxalq elmi tədqiqatlar və nəşrlər bazası olan EBSCO minlərlə elektron jurnal, qəzet və məqaləyə vahid nöqtədən çıxış imkanı yaradır. EBSCO-da olan məlumat bazası əsasən ingilis dilindədir. Azərbaycan Universiteti ilə EBSCO arasında imzalanmış müqaviləyə əsasən şirkət tərəfindən ali məktəbin əməkdaşları üçün davamlı olaraq təlimlər təşkil olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi