ELANLAR

“Heydər Əliyev irsi” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsi

28
03

Azərbaycan Universitetinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi” mövzusunda ən yaxşı təqdimat müsabiqəsi elan olunur. Müsabiqədə bütün fakültə və ixtisaslar üzrə tələbələrimiz fərdi qaydada iştirak edə bilərlər.

Tələbələr hazırladıqları təqdimatı özləri haqqında məlumatla birlikdə (ad, soyad, ata adı, fakültə, ixtisas, kurs, təqdimatın mövzusu) 20 aprel 2023-cü il tarixinədək ramazan.musayev@au.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Təqdimatlar PowerPoint proqramında hazırlanmalı və slaydların sayı 10-15 aralığında olmalıdır. Hər tələbə müsabiqədə yalnız 1 təqdimatla iştirak edə bilər.

Təqdimatların seçimi 25-28 aprel 2023-cü il tarixləri arasında münsiflər heyəti (Asif Paşayev,  Rəşad Məstəliyev, Nurdan Ağayeva,  Hüseyn Hüseynli, Elxan Fərzəliyev) tərəfindən 

  • İştirakçının təqdimat mövzusu haqqında dolğun məlumata sahib olması, 
  • Nitqinin səlisliyi, 
  • Lüğət ehtiyatının zənginliyi, 
  • Yaradıcılıq səviyyəsi meyarları əsasında aparılacaq və qaliblər müəyyənləşdiriləcək. 

Mükafatlandırma mərasimi may ayında keçiriləcək. I, II və III yerlərin qalibləri hədiyyə və diplomla  mükafatlandırılacaqlar.

Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin tələbələr tərəfindən araşdırılması və öyrənilməsinin diqqət mərkəzində saxlanmasıdır. 

Müsabiqə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr  2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi