ELANLAR

“Horizon Avropa” Proqramına layihələrin hazırlanması üzrə təlimlər keçiriləcək

25
07

Təqiqatçı və mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində növbəti təlim və məsləhətləşmələr təşkil olunacaq. 

Layihələrin hazırlanması üzrə təlimlər 26-27 sentyabr 2023-ci il tarixlərində keçiriləcək.  Təlim Azərbaycandan olan tədqiqatçı və innovatorlara “Horizon Avropa” Proqramının yeni çağırışlarına yüksək keyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması, onların Avropa tədqiqat və innovasiya şəbəkəsinə inteqrasiya olunması üçün köməklik göstərilməsinə yönəldilib. 28-29 sentyabr 2023-cü il tarixlərində keçiriləcək ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.

Təlimlərdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər: 

https://horizoneuropeazerbaijan.service-facility.eu/ 

Qeydiyyat 1 sentyabr 2023-cü il tarixinə qədər açıqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi