ELANLAR

İnzibati heyət mübadiləsi üçün sənəd qəbulu elan olunur

24
07

İnzibati heyət üzvlərinin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi “Erasmus KA+171” mübadilə proqramı çərçivəsində Türkiyənin Kastamonu Universitetinə heyət mübadiləsi üçün sənəd qəbulu elan edir. 

Mübadilə proqramında iştirak etmək üçün ilkin mərhələdə tələb olunan sənədlərin siyahısı aşağıdadır: 

  • 1 ədəd şəkil və ərizə forması (Kastamonu Universitetinin saytından əldə olunacaq)
  • İngilis dili səviyyəsini təsdiq edən sertifikat
  • Niyyət məktubu 

2024/2025-ci tədris ilinin payız semestrində  Türkiyənin Kastamonu Universitetində mübadilədə iştirak etmək və təcrübə keçmək istəyən heyət üzvləri yuxarıda qeyd olunmuş sənədləri 26 iyul 2024-cü il tarixinə qədər Beynəlxalq Əlaqələr Şöbəsinin international.office@au.edu.az poçtuna göndərməlidirlər. 

Heyət üzvləri daha ətraflı məlumat üçün Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərlər. 

İctimaiyyətlə əlaqələr şöbəsi