ELANLAR

İtaliyada bir semestr təhsil almaq istəyən tələbələrimizin nəzərinə!

03
02

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2025/2026-cı tədris ilinin payız semestrində təhsilini (bir semestr müddətində)  İtaliyada oxumaq  istəyən  tələbələrimiz  daha ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 504 otaq) müraciət edə bilərlər. 

Tələbələr üçün şərtlər:

  • İngilis dili bilikləri minimum B2 səviyyəsində;
  • GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalı;
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Müraciət üçün son tarix 20 fevral 2025-ci ildir.

Tələbələrimiz daha ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) müraciət edə bilərlər. 

                                                                      İctimaiyyətlə əlaqələr şöbəsi