ELANLAR

Tuscia Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan olunur

29
11

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi İtaliyanın Tuscia Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. Mübadilə proqramında iştirak şərtləri belədir:

  • İngilis dili bilikləri yüksək,
  • GPA balı minimum 2.5 olmalıdır.
  • Müraciət zamanı ilkin olaraq transkript tələb olunur.

Müraciət üçün son tarix 3 dekabr 2021-ci ildir. 

İtaliyada təhsil almaq istəyən tələbələrimiz daha ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 526 nömrəli otaq və ya sevlan.gurbanova@au.edu.az) müraciət edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.11.2021