ELANLAR
İtalyanın Roma Sapienza Universiteti tələbə mübadiləsi proqramı elan edir
14
09
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində 2026/2027-ci tədris ilinin yaz semestrində İtaliyanın Roma Sapienza Universitetində təhsil almaq istəyən tələbələr üçün sənəd qəbulu elan edir.
Universitet tələbələrə beynəlxalq akademik mühit, müasir kampus, əlverişli yaşayış şəraiti və zəngin sosial-mədəni həyat təqdim edir. Mübadilə proqramı iştirakçıların gediş və gündəlik xərclərini qarşılayır.
Tələbələr üçün şərtlər:
- İngilis dili bilikləri minimum B2 səviyyəsində,
- GPA balı minimum 2,5 olmalıdır (75+),
- İxtisas üzrə uyğunluq tələb olunur.
Mübadilə proqramında iştirak etmək istəyən iştirakçıların seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsabiqə əsasında aparılacaqdır.
İngilis dilində tədris olunan proqramlarla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://corsidilaurea.uniroma1.it/en
Proqrama müraciət üçün son tarix 01 oktyabr 2026-cı ildir.
Mübadilə proqramında iştirak etmək istəyən tələbələr transkriptlərini (ortalama balı 75-dən yuxarı olmaqla) Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) təqdim etməlidirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
