ELANLAR

İtaliyanın Sapienza Universitetinə sənəd qəbulu elan olunur

22
02

Professor-müəllim heyəti və tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” proqramı çərçivəsində İtaliyanın Sapienza Universitetinə tələbə və müəllim mübadiləsi üçün sənəd qəbulu elan edir. 2023/2024-cü tədris ilinin payız semestrini İtaliyada oxumaq istəyən tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 526/524-cü otaqlar, sevlan.gurbanova@au.edu.az) müraciət edə bilərlər. 

Proqram iştirakçıların bütün xərclərini qarşılayır. Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsahibə yolu ilə aparılacaqdır. 

Mübadilə proqramında iştirak etmək üçün şərtlər aşağıdakılardır:

  • İngilis dili bilikləri yüksək (minimum B2 səviyyəsində) olmalıdır.
  • GPA balı minimum 2.5 olmalıdır.
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Mübadilə proqamında iştirak etmək istəyən müəllimlər isə CV-lərini bakhtiyar.badalov@au.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Proqrama müraciət üçün son tarix  28 mart 2023-cü ildir. 

İctimaiyyətlə əlaqələr şöbəsi