ELANLAR

Karyera Mərkəzi tələbələri təlim və seminarlara dəvət edir

25
10

 

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universiteti Karyera Mərkəzi tələbələrin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək, onları iş dünyasına hazırlamaq məqsədiylə fəaliyyət göstərir.

Mərkəz tərəfindən universitet məzunlarının məşğulluq problemlərinin həlli istiqamətində təşkilati və maarifləndirmə tədbirləri, təlim və seminarlar həyata keçirilir.

Təlim və tədbirlər əsasən aşağıdakı sahələri əhatə edir.


  • CV və motivasiya məktublarının hazırlanması
  • Müsahibəyə psixoloji hazırlıq və davranış qaydaları
  • Şirkət mədəniyyəti və iş etikası
  • Vaxtın idarə edilməsi
  • Şirkətlərə informasiya turları
  • İşadamları ilə görüşlər
  • Məzunlarla görüşlər
  • HR menecerlər ilə görüşlər
  • Karyera günləri

Əgər sizlər də CV-lərin hazırlanması, motivasiya məktublarının yazılması qaydaları, potensialınıza uyğun iş imkanları və təcrübə proqramları ilə maraqlanır, təlim və seminarlarda iştirak etmək istəyirsinizsə, 410 nömrəli otağa – Karyera Mərkəzinə müraciət edə bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.10.2018