ELANLAR

Beynəlxalq əlaqələr şöbəsi Koblenz Universitetinə qəbul elan edir

30
04

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi "Erasmus+" tələbə mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetinə tələbə qəbulu elan edir.

2021/2022-ci tədris ilinin payız semestrində təhsilini Almaniyada davam etdirmək istəyən İngilis dili bilikləri yüksək, GPA balı 2.5-in üzərində olan və aktiv sosial fəaliyyət göstərən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

Müraciət üçün son tarix 12 may 2021-ci ildir. Daha ətraflı məlumat almaq istəyən tələbələr 055 220 40 53 nömrəli telefon ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.04.2021