ELANLAR
Beynəlxalq əlaqələr şöbəsi Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinə sənəd qəbulu elan edir
03
04
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2025/2026-cı tədris ilinin payız semestrini Almaniyada (bir semestr müddətində) oxumaq istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otağa) müraciət edə bilərlər.
Proqram iştirakçıların bütün xərclərini qarşılayır (Valideyn himayəsindən məhrum, fiziki məhdudiyyəti olan şəxslər üçün əlavə təqaüd nəzərdə tutulur).
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi iki mərhələli müsahibə yolu ilə aparılacaq. Müsahibədə uğurlu olan tələbələr təhsilini növbəti semestrdə Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetində davam etdirə biləcək.
Mübadilədə iştirak etmək istəyən tələbələr üçün şərtlər aşağıdadır:
- Tələbənin GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalıdır;
- Tələbənin ingilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır;
- İxtisas üzrə uyğunluq gözlənilməlidir (Biznes və iqtisadiyyat fakültəsinin tələbələri müsahibədə iştirak üçün müraciət edə bilərlər).
Proqrama müraciət üçün son tarix: 20 aprel 2025-ci il
İctimaiyyətlə əlaqələr şöbəsi