ELANLAR

Koblenz Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan olunur

01
11

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” proqramı çərçivəsində Almaniyanın Koblenz  Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. Sənəd qəbulu 2022/2023-cü tədris ilinin yaz semestri üçündür. Proqrama həm bakalavriat, həm də magistratura səviyyələrində təhsil alan tələbələr müraciət edə bilər. Proqram iştirakçıların bütün xərclərini qarşılayır. 

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsahibə yolu ilə onlayn formatda aparılacaqdır. Müsahibədə iştirak etmək üçün şərtlər aşağıdakılardır: 

  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.
  • GPA balı minimum 2.5 olmalıdır.
  • İngilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır.

Daha ətraflı məlumat almaq istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 526/524-cü otaqlar, sevlan.gurbanova@au.edu.az) müraciət edə bilərlər. Proqrama müraciət üçün son tarix 10 noyabr 2022-ci ildir. 

İctimaiyyətlə əlaqələr şöbəsi