ELANLAR
Litvanın Mykolas Romeris Universitetinə sənəd qəbulu elan olunur
12
03
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində Litvanın Mykolas Romeris Universitetinə (Mykolas Romeris University) sənəd qəbulu elan edir. 2026/2027-ci tədris ilinin payız semestrini universitetlərarası mübadilə proqramı çərçivəsində Litvada oxumaq istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otağa) müraciət edə bilərlər.
Tələbələrin seçimi müsahibə yolu ilə həyata keçiriləcəkdir. Azərbaycan Universitetinin təşkil etdiyi müsahibədən uğurla keçən tələbələr sənədlərini tərəfdaş universitetin onlayn sisteminə yükləyəcəklər. Onların təqaüd qazanıb-qazanmadıqları ilə bağlı məlumat tərəfdaş universitet tərəfindən iyun ayına qədər tələbələrə elektron poçt vasitəsilə göndəriləcək.
Mübadilə proqramında iştirak etmək istəyən tələbələr üçün şərtlər
- İngilis dili səviyyəsi minimum B2 olmalı;
- Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi minimum 75 olmalı;
- İxtisas üzrə uyğunluq gözlənilməlidir.
Son müraciət tarixi 1 aprel 2026-cı ildir.
Aşağıdakı keçidlərə daxil olaraq ixtisaslar barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.
https://www.mruni.eu/en/university/internationalization/erasmus-and-exchange-studies-incoming/
https://stdb.mruni.eu/studiju_programu_katalogas.php?l=en
İctimaiyyətlə əlaqələr şöbəsi
