ELANLAR
Azərbaycan Universiteti 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir
08
07
Azərbaycan Universiteti
2026/2027-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul planı
Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
MBA proqramı istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında qəbul mümkündür.
- Filologiya
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı), 3 yer, 2000 manat
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı), 3 yer, 2000 manat
Azərbaycan dili, 3 yer, 2000 manat
Azərbaycan ədəbiyyatı, 3 yer, 2000 manat
Dilşünaslıq (ingilis dili), 3 yer, 2000 manat - Psixologiya
Təhsil psixologiyası, 5 yer, 2000 manat - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi, 5 yer, 2000 manat
Azərbaycanın yeni və ən yeni tarixi, 5 yer, 2000 manat - Tərcümə
Tərcümə (ingilis dili), 3 yer, 2000 manat - İqtisadiyyat
Turizmin iqtisadiyyatı, 10 yer, 2200 manat
İqtisadiyyatın tənzimlənməsi, 10 yer, 2200 manat - Maliyyə
Bank işi*, 10 yer, 2200 manat
Vergi və vergitutma, 10 yer, 2200 manat - Menecment
İnsan resursları menecmenti (Azərbaycan bölməsi), 5 yer, 2200 manat
İnsan resursları menecmenti (ingilis bölməsi), 5 yer, 2500 manat
Təhsil menecmenti (Azərbaycan bölməsi), 5 yer, 2200 manat
Təhsil menecmenti (ingilis bölməsi), 5 yer, 2500 manat - İnformasiya təhlükəsizliyi
Kibertəhlükəsizlik, 10 yer, 2200 manat - Kompüter mühəndisliyi
Kompüter sistemləri və şəbəkələri, 10 yer, 2000 manat - Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, 15 yer, 2200 manat
Gənclərlə iş*, 15 yer, 2200 manat - Biznesin təşkili və idarə edilməsi (MBA)
Maliyyə (MBA), Azərbaycan bölməsi, 15 yer, 2200 manat
Maliyyə (MBA), ingilis bölməsi, 10 yer, 2500 manat
Mühasibat (MBA), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
Mühasibat (MBA), ingilis bölməsi, 5 yer, 2500 manat
Marketinq (MBA), Azərbaycan bölməsi, 5 yer, 2200 manat
Marketinq (MBA), ingilis bölməsi, 5 yer, 2500 manat
İnsan resurslarının idarə edilməsi(MBA), Azərbaycan bölməsi, 5 yer, 2200 manat
İnsan resurslarının idarə edilməsi (MBA), ingilis bölməsi, 5 yer, 2500 manat
*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.
Magistratura səviyyəsi üzrə keçid balları (2025)
- Filologiya
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) 50 (-)
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) 50 (-)
Azərbaycan dili 52 (-)
Azərbaycan ədəbiyyatı 50 (-)
Dilşünaslıq (ingilis dili) 50 (-) - Psixologiya
Təhsil psixologiyası 50 (-) - Tərcümə
Tərcümə (ingilis dili) 50 (-) - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi 50 (-)
Azərbaycanın yeni və ən yeni tarixi 50 (61) - Maliyyə
Bank işi 45 (-)
Vergi və vergiqoyma 45 (-) - İqtisadiyyat
İqtisadiyyatın tənzimlənməsi 45 (-)
Turizmin iqtisadiyyatı 45 (-) - Menecment
İnsan resursları menecmenti, Azərbaycan bölməsi 45 (-)
İnsan resursları menecmenti, ingilis bölməsi 45 (-)
Təhsil menecmenti, Azərbaycan bölməsi 52.5 (74.5)
Təhsil menecmenti, ingilis bölməsi 46 (-) - Kompüter mühəndisliyi
Kompüter sistemləri və şəbəkələri 62 (62) - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Kibertəhlükəsizlik 43.5 (47) - Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş 46 (68)
Gənclərlə iş 45.5 (-) - MBA (Master of Business Administration) proqramı
Biznesin təşkili və idarə edilməsi (maliyyə), Azərbaycan bölməsi – 48.5
Biznesin təşkili və idarə edilməsi (maliyyə), ingilis bölməsi – 45
Biznesin təşkili və idarə edilməsi (mühasibat), Azərbaycan bölməsi – 46
Biznesin təşkili və idarə edilməsi (mühasibat), ingilis bölməsi – 45
Biznesin təşkili və idarə edilməsi (marketinq), Azərbaycan bölməsi – 48.5
Biznesin təşkili və idarə edilməsi (marketinq), ingilis bölməsi – 45.5
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), Azərbaycan bölməsi – 51.5
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), ingilis bölməsi – 45
Bakalavrların nəzərinə çatdırırıq ki,
- Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır.
- Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
- MBA proqramı istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (DS) qəbul mümkündür.
- Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər. Təqaüd yerlərinin sayı dövlət sifarişi ilə qəbul olan tələbələrin sayından asılıdır. Təqaüdlərin məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
- Tələbələrə mübadilə proqramları və universitetlərarası müqavilələr çərçivəsində Avropa və Türkiyənin tərəfdaş universitetlərində təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır.
- Sosial iş ixtisasının magistratura səviyyəsi üzrə təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya 5 ili əhatə edir və proqramların beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu, rəqabətqabiliyyətliliyini və tədris prosesinin yüksək akademik tələblərə cavab verdiyini təsdiqləyir. Proqramın akkreditasiyası təhsildə keyfiyyətin təminatı sahəsində aparıcı beynəlxalq təşkilatlardan biri olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) tərəfindən həyata keçirilib.
- Azərbaycan Universitetindən bakalavriat səviyyəsi üzrə cari ildə məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunur.
İmtiyazlı statusda olan tələbələr
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- I və II dərəcə əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Daha ətraflı məlumat üçün
Azərbaycan Universiteti haqqında daha ətraflı məlumat üçün vebsaytımızı (www.au.edu.az) ziyarət edə bilər, telefon yaxud e-poçt vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
- Tel.: (+99412) 431 41 12/13/16 (126)
- Humanitar elmlər üzrə: 055 220 40 62
- İqtisad elmləri üzrə: 050 268 38 08
- E-poçt: qebul@au.edu.az
